Polisin saxladığı Nikol Paşinyan bəyanat yaydı
Ermənistan parlamentinin deputatı, müxalifət lideri Nikol Paşinyan, hansı ki, polis əməkdaşları Erebunidə saxlayıb zorla naməlum istiqamətdə aparmışdılar, "Feysbuk” sosial şəbəkəsindəki səhifəsində mesaj – bəyanat yayıb.
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, o, 5 punktdan ibarət olan mesajında zorakılığa yox, birləşməyə çağırıb:
"1. Serj Sarkisyanın istefasına az, çox az qaldı
2.Küçələrə çıxın
3.Fikrinizi dəqiqləşdirin, özünüzü toplayın
4.Özünü müxalif güc hesab edənlər: insanları küçələrə çıxmağa çağırın. Kim susmağa və ya evlərə getməyə çağırırsa, ağılsız və qeyri-adekvat insanın hakimiyyətinin can verməsini uzadır və bizim vətənimizə ziyan vurur.
5.Nazirlərə, müxtəlif idarələrin başçılarına, Ermənistan Milli Məclisinin deputatlarına və polisin rəhbərlərinə: dərhal istefa verdiyinizi elan edin, ölən rejimin zorakılığa görə məsuliyyətini bölüşməyin".
Mənbə:> Virtualaz.org