Yerevanda toqquşmalar: Polislər yaralanıb
Yerevanda bir qrup silahlı şəxsin ələ keçirdiyi polis binasının qarşısında polis və mülki vətəndaşlar arasında baş verən toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Erməni Milli Konqres” müxalifət fraksiyasının üzvü, deputat Nikol Paşinyan verib.
“Vətəndaşlar ara yollarla mühafizə olunan əraziyə keçməyə cəhd edərkən polis əməkdaşları ilə toqquşma baş verib. Nəticədə dörd polis xəsarət alıb, onlar xəstəxanaya aparılıblar”, - deyə Nikol Paşinyan bildirib.
Mənbə:> Oxu.Az