Paşinyan: “Mənim hökumətimdə oliqarxlar olmayacaq”
Ermənistanın yeni hökumətində oliqarxlar olmayacaq. “Sputnik” xəbər verir ki. bunu jurnalistlərə parlamentin “Yelk” fraksiyasının rəhbəri, baş nazir postuna namizəd Nikol Paşinyan deyib.
“Heç kim və heç kimə bu və ya digər bazara görə xərac ödəməyəcək. Bununla birgə, hazırkı iri iş adamlarına qarşı da heç bir hərəkət olmayacaq. Qanun qarşısında bərabərlik olacaq. Hüquq pozuntuları qanunla cəzalandırılmalıdır, başqa cür yox. Bu qanun qarşısında hamı bərabər olacaq”, - Paşinyan bildirib.
Mənbə:> Sputnik