Paşinyan Moskvada sərsəm bəyanat verdi » AzNews.info -Xəbər portalı

Paşinyan Moskvada sərsəm bəyanat verdi

Paşinyan Moskvada sərsəm bəyanat verdi


Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu görüşdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə "heç bir problemin olmadığını”deyib və erməni oliqarxları Ermənistana yatırım qoymağa çağırıb. Habelə o görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair avantürist bəyanatla çıxış edib.

Paşinyanın sözlərinə görə, "Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır”.
"Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir"-o deyib.
O deyib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır olmayacaq. Paşinyana görə bu kontekstdə hansısa güzəşt "zəiflik” kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir.

Bu, Paşinyanın hakimiyyətə gələndən sonra Qarabağa dair nümayiş etdirdiyi növbəti və daha sərt avantüradıır. Əvvəlcə o, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmayacağını və qondarma "dqr”in danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bildirmişdi.
Moskvaya yola düşməzdən əvvəl isə Paşinyan "Ermənistanın və bütün erməni xalqının” Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu deyib.
Qeyd edək ki, rəsmi Bakı Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin nəinki Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o ümumiyyətlə danışıqlar aparmaqda maraqlı deyil.
Ermənistanın keçmiş rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğu haqda heç vaxt bu cür bəyanat səsləndirmirdi və əsasən Dağlıq Qarabağın "öz müqəddəratını təyin etməsi hüququ” barədə danışırdı. Paşinyan isə daha da irəli gedərək Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olacağı barədə danışır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 25 sentyabr 2018 05:43
  • Yazan: Kiope
O deyib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır olmayacaq. happy wheels online game.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *