Paşinyan Azərbaycanı hədələdi
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri ərəfəsində Azərbaycanı güclü zərbə ilə təhdid edib.
Paşinyan bu barədə "Zinuj” proqramına müsahibəsində deyib.
"Ermənistan Respublikası və erməni xalqı güclü əks zərbə endirməyə hazır olmalıdırlar. Heç kim bizimlə təhdid və güc dilində danışa bilməz”, – deyə o bildirib.
Bundan əlavə, Paşinyan müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin texniki təchizatından, Dağlıq Qarabağ münaqişəsinin həllindən, Ermənistan-Rusiya münasibətlərindən və KTMT-nin fəaliyyətindən danışıb.
Mənbə:> Oxu.Az