Paşinyan: "Biz müharibədən qorxmuruq"
“Güman etmək ki, Ermənistan müharibələrdən qorxacaq, perspektivsizdir”.
Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistanın müstəqilliyinin 27-ci ildönümü münasibəti ilə keçirilən təntənəli tədbirdə bəyan edib.
"Biz ölkəni qururuq, hansı ki, sülh demokratiyasına və humanizm prinsiplərinə inanır, ancaq bu o demək deyil ki, biz özümüzü, ölkəmizi, gələcəyimizi müdafiə etməyə hazırlaşmırıq ", - erməni baş naziri qeyd edib.
Paşinyanın sözlərinə görə, Qarabağ münaqişəsinin sülh nizamlanması – Ermənistan hakimiyyəti üçün prioritetdir: "Bizim mövqemiz dəyişməyib. Ermənistan münaqişənin yalnız sülh yolu ilə nizamlanmasını dəstəkləyir və münaqişənin danışıqlar yolu ilə həlli üçün ondan asılı olan hər şeyi edəcək".
Mənbə:> Virtualaz.org