Quaydo qayıdır və əhalini küçələrə səsləyir
Özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydo ölkəyə qayıdacağını bəyan edib.
O bu barədə özünün Twitter səhifəsində yazıb.
Quaydo əhalini martın 4-5-də ölkə üzrə kütləvi aksiyalara səsləyib.
Qeyd edək ki, Venesuelada mövcud qadağaya baxmayaraq, Quaydo fevralın 22-də Kolumbiyaya gedib. Venesuela Ali Məhkəməsinin konstitusiya palatası hakiminin müavini Xuan Karlos Valdes bildirib ki, qadağanı pozan Quaydonu 30 il müddətinə həbs cəzası gözləyir. ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams isə Maduro hakimiyyətinə bu addımın ağır nəticələri barədə xəbərdarlıq edib.
Mənbə:> Oxu.Az