Maduro administrasiyasının məmurları Türkiyəyə qaçıb
Venesuela müxalifətinin lideri Xuan Quaydo bəyan edib ki, prezident Nikolas Maduro administrasiyası işçilərinin bir hissəsi ölkəni tərk edib.
TASS-ın məlumatına görə, Quaydo onların Türkiyəyə getdiyini bildirib.
“Əsgərlər hələ bilmirlər ki, hamını ittiham edən yüksək çinli məmurlar artıq Türkiyəyə yollanıblar”, - deyə o, özünün “Twitter” səhifəsində yazıb.
Mənbə:> Oxu.Az