Quaydo: Çaves Maduroya dəstək verməzdi
Venesuela müxalifətinin lideri Xuan Quaydo hesab edir ki, inqilabçı Uqo Çaves sağ olsaydı, ölkə başçısı Nikolas Maduronun atdığı addımları dəstəkləməzdi.
Ren.TV xəbər verir ki, o bu barədə özünün Twitter səhifəsində yazıb.
“Şübhəm yoxdur ki, Uqo Çaves Maduronun Venesuela və silahlı qüvvələrə aclıq, zorakılıq, repressiya və qorxu gətirdiyi fikri ilə razılaşardı”, - deyə o vurğulayıb.
Quaydo əlavə edib ki, Maduro Çavesin 1999-cu ildə qəbul etdiyi konstitusiyadan başlayaraq hər şeyi məhv edib.
O həmçinin bildirib ki, müxalifətin tərəfinə keçmək qərarına gələn ordu nümayəndələri ilə görüş keçirib.
Mənbə:> Oxu.Az