Venesuela müxalifətinin lideri özünü prezident vəzifələrinin icraçısı elan etdi – VİDEO
Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Quaido müxalifətin mitinqinə bəyan edib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".
ABŞ prezidenti Donald Tramp da, öz növbəsində, Quaidonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.
Bu barədə Ağ Evin Twitter səhifəsi məlumat yayıb.
Qeyd edək ki, ötən axşamdan başlayaraq Venesuelanın müxtəlif şəhərlərində prezident Nikolas Maduroya qarşı kütləvi aksiyalara start verilib. İnsanlar Maduronu istefaya çağırırlar.
The White House
✔
@WhiteHouse
President @realDonaldTrump has officially recognized the President of the Venezuelan National Assembly, Juan Guaido, as the Interim President of Venezuela.
84 тыс.22:08 - 23 янв. 2019 г.
Mənbə:> Virtualaz.org