Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdi

Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdi

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Virtulaz.org xarici KİV-ə istinadən bildirir ki, Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu "qanunsuz prezident" adlandırıb.

Bu arada o da məlum olub ki, Amerika Dövlətləri Baş Assambleyasının baş katibi Luis Almarqo da Xuan Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

“Prezident səlahiyyətlərinin icraçısı Xuan Quaidonu təbrik edirik. Ölkəyə yenidən demokratiyanın gətirilməsində o bizim yardımımıza güvənə bilər”, - deyə Almarqo bəyanatında bildirib.

Artıq Çili, Paraqvay, Kolumbiya, Peru, Braziliya, Qvatemala və Ekvadorun da Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdıqları bildirilir.

Baş verənlərə Rusiyadan da münasibət bildirilib. Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov deyib ki, Rusiya artıq Venesuelanın qanuni prezidenti olaraq Nikolas Maduronu tanıyıb və bu mövqedə heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb. Belə ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb. Daha dörd nəfər isə Barinas ştatında baş tutan mitinqdə həlak olub.

Aksiyalar zamanı 30-dək adam yaralanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *