ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu
Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Ştatların diplomatik nümayəndələrinin ölkədən qovulması barədə göstəriş verib.
Virtualaz.org “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu qərar diplomatların ölkə hökumətinə qarşı sui-qəsd planında iştirakı barədə şübhələrin yaranmasından sonra verilib.
Xatırladaq ki, Nikolas Maduro daha 7 il müddətinə Venesuelanın prezidenti seçilib.
Mənbə:> Virtualaz.org