Venesuela elektrik enerjisinə qənaət rejminə keçir
Venesuelda 20-27 mart tarixlərinə təsadüf edən Müəqddəs həftənini bütün günlərini dövlət qulluqçuları və təhsil ocaqları üçün istirahət günü elan edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qərarı ölkə prezidenti Nikolas Maduro elektrik enerjisinə qənaət məqsədi ilə verib.
Maduronun fikrincə, bu tədbir sərf edilən elektrik enerjisinin 40%-nə qənaət etməyə imkan yaradacaq.
Xatırladaq ki, daha öncə Venesuela hökuməti elektrik enerjisinə qənaət məqsədilə dövlət qulluqçularını qısaldılmış iş rejiminə keçirmişdi. Ölkə perzidentinin dərc edilmiş fərmanına əsasən məmurlar və digər dövlət qulluqçuları indi əvvəlkindən iki saat yarım az, amma fasiləsiz olaraq saat 7.30-dan 13.00-a qədər çalışacaqlar.
Mənbə:> Oxu.Az