Braziliya prezidenti qənaət etmək qərarına gəlib
Braziliya prezidenti Dilma Rousseff cümə günü ölkədə ciddi problemlər fonunda öz maaşının 10% ixtisar edilməsini bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, maaşların ixtisarı vitse-prezident Mişel Temer və ciddi “təmizləmədən” sonra vəzifədə qalan digər nazirlərə də şamil ediləcək.
Daha öncə Rousseff 8 nazirliyin bağlanılması və islahatlar çərçivəsində bəzi nazir postlarının birləşdirilməsini elan etmişdi, məqsəd dövlət xərclərinin azaldılmasıdır.
Bu yaxınlarda Standard&Poor's (S&P) reytinq agentliyi Braziliyanın müstəqil kredit reytinqini “zibil” səviyyəsinə qədər azaldaraq, prezident Rousseffin artan borc və siyasi qeyri-sabitlik ilə mübarizəsini vurğulayıb.
Braziliyada maliyyə vəziyyətinin mürəkkəb olmasının səbəbi, parlamentin hakimiyyət tərəfindən təqdim edilən sərt tədbirlər paketini qəbul etmək arzusunun olmaması ilə əlaqədardır.
Mənbə:> Oxu.Az