Merkel 5-ci dəfə dünyanın ən nüfuzlu qadını elan edildi
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, jurnal Almaniya kansleri Angela Merkelin adını 5-ci dəfə siyahının başında qoyub.
İkinci yerdə 2004-cü ildən reytinqini qoruyub saxlayan Hillarin Klintondır. Ən nüfuzlu qadınların onluğuna həmçinin Bill Geytsin xanımı, iş adamı Melinda Geyts, ABŞ-ın Federal Rezerv Sisteminin başçısı Canet Yellen, “General Motors”un baş direktoru Meri Barra, BVF-nin başçısı Kristin Laqard, Braziliya prezidenti Dilma Rusef, Facebook Direktorlar Şurasının üzvü Şeril Sandberq, YouTubenin baş direktoru Süzan Vodjiski və ABŞ prezidentinin xanımı Mişel Obama daxildir.
Merkel “Forbes”in reytinq siyahısına 2014, 2013, 2012 və 2011-c illərdə də başçılıq edib. 2010-cu ildə siyahıda birinci yeri Mişel Obama tutub.
Mənbə:> Musavat.com