Putin maaşını 10 faiz azaldacaq
Rusiya prezidenti Vladimir Putin əmək haqqısını 10 faiz azaltmaq istəyir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, federal büdcə xərclərinin optimallaşdırılması üzrə tədbirlər çərçivəsində olacaq. Bu qərarı prezident şəxsən qəbul edəcək”, - Peskov qeyd edib.
Qeyd edək ki, öncə Putin Kreml administrasiyasında əmək haqqlarının 10 faiz azaldılacağını bəyan edib.
Mənbə:> Oxu.Az