Putin işçilərinin maaşlarını azaltdı
Rusiya prezidenti Vladimir Putin öz administrasiyasının əməkdaşlarının maaşlarını 10 faiz azaltmaq barədə qərar qəbul edib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Putin bu addımı Təhlükəsizlik Şurası üzvləri ilə operativ müşavirədən sonra atıb.
2014-cü ilin dekabrında Putin prezident administrasiyası, həmçinin hökumət aparatı, Hesablama palatası və Rusiya XİN-də məmurların əməkhaqlarının indeksləşdirilməsi moratorium qoyulması barədə qanun imzalayıb.
Sənədə əsasən, 2015-ci il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək inflyasiya ilə əlaqədar maaşların illik indeksləşdirilməsi dayandırılır
Mənbə:> Oxu.Az