Ağ Ev Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ağ Ev Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır

Ağ Ev Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır

ABŞ administrasiyası hazırkı mərhələdə diqqətini Venesuela prezidenti Nikolas Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə yönəldib.

TASS xəbər verir ki, bunu cümə axşamı Ağ evdə jurnalistlərlə söhbətində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

O, "ABŞ hökumətinin çərşənbə günü Venesuela ilə bağlı "bütün variantlar"ın nəzərdən keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatın, Vaşinqtonun Maduro hökumətinə qarşı hərbi güc tətbiq edə biləcəyi anlamına gəlirmi?" sualını belə izah edib:

"Düşünürəm ki, bu [bəyanat] özü özünü izah edir. Bu gün bizim diqqətimizi cəmləşdirdiyimiz yeganə şey, qanunsuz Maduro rejimini gəlir mənbələrindən məhrum etməkdir".

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *