“Taliban” “yox” dedi
“Taliban” hərəkatının rəhbərliyi Əfqanıstan hökumətinin gələn ay Səudiyyə Ərəbistanında danışıqların keçirilməsi ilə bağlı təklifini rədd edib.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, taliblər yalnız ABŞ rəsmiləri ilə görüşə hazır olduqlarını bildiriblər.
“Biz 2019-cu ilin yanvar ayında Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşəcəyik və danışıqları davam etdirəcəyik. Biz bütün maraqlı tərəflərə Əfqanıstan hökuməti ilə danışmayacağımızı başa saldıq”, - deyə “Taliban”ın liderlər Şurasının üzvü deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında danışıqlarda “Taliban”, ABŞ rəsmiləri və Əfqanıstan hökumətinin nümayəndələrinin iştirakı planlaşdırılırdı.
Mənbə:> Oxu.Az