“Taliban”ın yeni lideri mübarizəni davam etdirəcəyinə and içdi
“Taliban” hərəkatının yeni lideri molla Aktar Muhhaməd Mansur çoxillik mübarizəni davam etdirəcəyinə and içərək həmfikirlərini bir olmağa çağırıb. Bu barədə Associated Press məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o şənbə günü yayılmış özünün audio müraciətində deyib.
“Biz birliyimizi qoruyub saxlamalıyıq, bir olmalıyıq, bölünsək düşmən sevinəcək. Üzərimizə böyük məsuliyyət düşür. Bu, bir, iki və ya üç insanın işi deyil. Biz islam dövlətinin elan olunmasına qədər cihadı davam etdirmək üçün məsuliyyət daşıyırıq”, - o deyib.
Müraciətdə həmçinin Əfqanıstan hökuməti ilə sülh danışıqlarının aparılması imkanları da qeyd olunub.
Mənbə:> Oxu.Az