Taliban barış üçün elə şərtlər irəli sürdü ki...
Taliban Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başlamağın şərtlərini açıqlayıb.
Axar.az-ın məlumatına görə, təşkilat sözçüsü Zabiullah Mücahid əvvəlcə Talibanın adının terror siyahısından çıxarılmasını tələb edib.
Onun sözlərinə görə, ABŞ və BMT terror siyahısını yenidən nəzərdən keçirməlidir, Taliban liderlərinin həbsi üçün qoyulan mükafatlar ləğv olunmalıdır.
Taliban nümayəndəsi bu günə kimi keçirilən görüşlərin faydalı olduğunu söyləyib. O, Qətərin paytaxtı Dohada 2013-cü ildə bağlanan Taliban bürosunun bərpasını da tələb edib. Həmçinin, ölkənin Əfqanıstan İslam Əmirliyi adlanması şərtini irəli sürüb. Hökumət rəsmisi Əmuniddin Müzəffəri bildirib ki, hər dəfə mühakimə şəklində şərtlər irəli sürülməsi prosesin müsbət həllinə mane olur.
Mənbə:> Axar.az