Əfqanıstan Talibanla barışır
Talibanla sülh danışıqlarına yenidən başlamağa hazırıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın Xarici İşlər naziri Səlahəddin Rəbbani söyləyib. Onun sözlərinə görə, artıq Taliban liderlərinə danışıqlar aparmaq barədə təklif göndərilib. O, həmçinin Pakistanın da bu danışıqlar prosesini dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Taliban da Əfqanıstan hakimiyyəti ilə danışıqlara hazır olduğunu bildirib.
Mənbə:> Axar.az