Ermənistanda sonuncu rusdilli veriliş bağlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ermənistanda sonuncu rusdilli veriliş bağlanır

Ermənistanda sonuncu rusdilli veriliş bağlanır


Ermənistanda sonuncu rusdilli telelayihə olan “Nə? Harada? Nə vaxt?” intellektual oyunu bağlanacaq. Növbəti mövsümdən etibarən veriliş erməni dilində yayımlanacaq.

AzNews.info Lenta.ru-ya istinadən bildirir ki, bu haqda dekabrın 14-də ölkənin təhsil və elm naziri vəzifəsini icra edən Araik Arutunyan “Facebook” sosial şəbəkəsində bildirib.

“Hakimiyyət verilişə 17 milyon dram ayıracaq. Mən oyun rus dilində keçirildiyinə görə dəfələrlə onun təşkilatçılarını tənqid etmişəm”, - deyə məmur yazıb.

O əlavə edib ki, televiziya yayımları izləyicilər arasında sevilir və bu şou uğurlu alınan şoulardan biridir.

“Nə? Harada? Nə vaxt?” intellektual şousu 4 sentyabr 1975-ci ildən etibarən əvvəlcə sovet, sonra isə Rusiya televiziyasında yayımlanır. “İntellektual kazino” konsepsiyasına əsasən, iştirakçılar (bilicilər) komandalara bölünürlər və masa arxasında oturub tamaşaçıların suallarına cavab verməklə pul qazanırlar.

Komanda finalda qalib gəldiyi təqdirdə ən yaxşı iştirakçı “Billur bayquş” və pul mükafatı ilə təltif olunur. İştirakçılar məğlub olduqları təqdirdə isə mükafat sualı göndərən tamaşaçıya göndərilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *