Estoniya ruslara qarşı rus dilində kanal açır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Media

Estoniya ruslara qarşı rus dilində kanal açır

Estoniya ruslara qarşı rus dilində kanal açır


Estoniya baş naziri Taavi Rıvays Vaşinqtonda Atlantik birliyində çıxış edərkən bildirib ki, ölkəsi siyasətçilərin təsiri altında olmayan rus dilində televiziya kanalı açacaq.

ANS PRESS-in məlumatına görə, nazir bu kanalın CNN və ya BBC ola biləcəyini deyib.

“(Estoniyada yayımlanan) Rusiya kanalları öz hadisələrini və öz həqiqətlərini danışır və bu nəinki Estoniyada yaşayan rusdilli insanlarının eləcə də London və ABŞ-a da aid problemdir. Onların öz dillərində xəbərə baxmağı xoşuna gəlir və bu da məntiqidir”- deyə baş nazir bildirib.

Rıvays hesab edir ki, buna həll kimi rus dilində yerli kanalların açılışı ola bilər.

“Oyun qaydalarını həqiqi dəyişməsinə kömək kimi rus dilində keyfiyyətli, hansısa siyasətçilərin təsirinə məruz qalmayan CNN və ya BBC telekanalının yaradılması ola bilər. Sadə rus dilində xəbər kanalı”- deyə o bildirib.

Qeyd edək ki, Estoniyada yaşayan 1,3 milyon insanın 100 mini rusiya vətəndaşlığına malikdir. 90 min insan isə məxsusi vətəndaşlığa malik deyillər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *