Ermənistan rusdilli "Nə? Harda? Nə vaxt" televiziya proqramından imtina etdi
Ermənistanda "Nə? Harda? Nə vaxt" televiziya proqramı yeni mövsümdən sırf erməni dilində yayımlanacaq.
TASS xəbər verir ki, bu barədə Ermənistanın təhsil və elm naziri səlahiyyətlərini icra edən Araik Arutyunyan bildirib.
"Layihə yeni mövsümdən sırf erməni dilində efirə çıxacaq. Hökumət proqram üçün 17 milyon dram (təxminən 35 min dollar) vəsait ayıracaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm", - deyə Arutyunyan özünün "facebook" səhifəsində yazıb.
Bununla da Ermənistanda rus dilində çıxan sonuncu televiziya proqramı bağlanıb.
Mənbə:> TASS