“PKK rəhbərlərinin görüşdükləri yeri vurduq” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“PKK rəhbərlərinin görüşdükləri yeri vurduq”

“PKK rəhbərlərinin görüşdükləri yeri vurduq”

Xəbər verildiyi kimi, bu il iyun ayının 16-da Türkiyə Silahlı Qüvvələri "Böyük Qəndil əməliyyatı"na başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyətə həmin əməliyyatın bəzi detallarını açıqlayıb.

Türkiyə mediası xəbər verir ki, PKK-ya ağır zərbə olan həmin əməliyyat belə baş tutub: Terror təşkilatı PKK-nın səhra rəhbərliyinin İraqın şimalında önəmli bir toplantı keçiriləcəyi haqda məlumat daxil olub. Bu görüşə 150 terrorçunun çağırıldığı aşkar edilib. Kritik toplantıya terrorçuların başçısı Murad Qarayılanın sədrlik edəcəyi müəyyənləşdirilib.

Toplantının keçiriləcəyi yerin koordinatları və iştirakçılar haqda məlumatlar alındıqdan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib. İclas günü terrorçuların bir araya gəldiyində əməliyyat düyməsinə basılıb.

Görüş keçiriləcək yerə hava hücumları təşkil edilib. Dronların aldığı görüntülərdən sonra hədəflər F16-larla vurulub. Əməliyyatdan sonra terror təşkilatının 13 üzvünün öldüyü müəyyənləşdirilib. Bundan əlavə, "Rohat" kod adlı Bəşir Arcagök də ağır yaralanıb.

Terrorçulardan bəzilərinin yeraltı keçid və sığınacaqlardan qaçdığı, böyük bir hissəsinin isə yaralanaraq Qəndildə yaxın xəstəxanalarda müalicəyə aparıldığı müəyyən edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *