Türkiyə Şimali İraqda əməliyyat keçirdi
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Metina rayonunda PKK terrorçularının mövqelərinə zərbələr endirib.
Türkiyə KİV-nin məlumatına görə, hava zərbələri nəticəsində terrorçuların sığınacaqları, silah və döyüş sursatı anbarı məhv edilib.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
Onu da q eyd edək ki, İraq Kürd Regional Hökumətinin 25 sentyabrda referendum keçirməsindən sonra Şimali İraqda gərginlik daha da artıb. Türkiyə bölgədə əməliyyatları genişləndirib.
Mənbə:> Bakupost.az