Türkiyə və İraqda onlarla PKK terrorçusu öldürülüb
Türkiyə HHQ-nin aprelin 15-də, həmçinin 18-23 may tarixlərində İraqın şimalında Metin vilayətində Kürd Fəhlə Partiyasına (PKK) qarşı keçirdiyi əməliyyatlar zamanı təşkilatın 80-dən çox üzvü zərərsizləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda bildirilir.
Məluamta əsasən, son günlər ərzində Türkiyənin cənub-şərqində daha 12 üsyançı məhv edilib.
“Türkiyə HHQ-nin aprelin 15-də, həmçinin 18-23 may tarixlərind keçirdiyi əməliyyatlar zamanı, İraqın Metin vilayəində terrorçulaırn rəhbərləri də daxil olmaqla 80 yaraqlı məhv edilib. Türkiyənin Mardin və Şirnak vilayətlərində 12 terrorçu zərərsizləşdirilib. Nusaybində 42 terrorçu təhlükəsizlik xidmətlətinin əməkdaşlarına təslim olub”, - məlumatda bildirilir
Əməliyyatlar zamanı üsyançıların xeyli sayda silah-sürsatı ələ keçirilib.
Mənbə:> Oxu.Az