Prokuror Xaşoginin qatillərinin edamını tələb edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Prokuror Xaşoginin qatillərinin edamını tələb edir

Prokuror Xaşoginin qatillərinin edamını tələb edir

Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalist Camal Xaşoginin qətlində təqsirkar olanlara ölüm cəzası tələb edəcək.

Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, bu barədə Baş prokurorluğun rəsmi nümayəndəsi Şalyan əş-Şalyan Ər-Riyadda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, prokurorluq Camal Xaşoginin öldürülməsi əmrini verən və əmri icra edən 5 müttəhim üçün edam cəzası tələb edəcək. Cinayət işi ilə əlaqədar hələlik 11 nəfərə ittiham irəli sürülüb, ümumilikdə isə təhqiqat çərçivəsində 21 nəfər saxlanılıb.

Baş prokurorluq vəliəhd şahzadə Məhəmməd bin Salmanın vəzifədən kənarlaşdırılan sabiq müşaviri Səud əl-Qahtaninin ölkədən çıxmasına qadağa qoyulduğunu da bildirib.

Xatırladaq ki, Camal Xaşogi oktyabrın 2-də nikahla bağlı sənədlər almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını təsdiqləmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *