Konsulluqda öldürülən jurnalistin cəsədi itirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

Konsulluqda öldürülən jurnalistin cəsədi itirilib

Konsulluqda öldürülən jurnalistin cəsədi itirilib

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna səfəri zamanı ölən jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) qatilləri vəzifə səlahiyyətlərini aşıblar, səhvə yol veriblər və bunu gizlətməyə çalışıblar.

Bunu krallığın xarici işlər naziri Adel əl-Cübeyr “Fox News” telekanalına müsahibəsində deyib.

XİN başçısı əmin edib ki, jurnalistin necə öldürüldüyünü və cəsədinin harada olduğunu bilmir.

Onun sözlərinə əsasən, qatillərin hərəkətləri şahzadə Məhəmməd bin Salmanla razılaşdırılmayıb.

“Bu barədə hətta kəşfiyyat rəhbərliyinin xəbəri olmayıb. Bu, razılaşdırılmamış əməliyyat idi”, - əl-Cübeyr əlavə edib.

Ər-Riyadın rəsmi versiyasına görə, Xaşogi konsulluqda görüşdüyü insanlarla mübahisə zamanı qətlə yetirilib. Lakin bu insanların kim olduğu açıqlanmır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *