Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Hadisə

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı

Türkiyənin istintaq qrupu jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı təhqiqat çərçivəsində axtarış aparmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahına gəlib.

“Anadolu” xəbər verir ki, təhqiqat aparılması üçün yaradılan işçi qrupunun Səudiyyə Ərəbistanından olan üzvlərinin də oktyabrın 16-da Türkiyəni tərk etmiş Məhəmməd əl Uteybinin iqamətgahında olduğu bildirilir.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu bir gün əvvəl Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat çəkən baxış keçirib.

Bəzi KİV-lər jurnalistin diplomatik missiyanın binasında qətlə yetirildiyini iddia edirlər.

Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *