Jurnalisti konsulluqda öldürüblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Səudiyyə Ərəbistanından olan jurnalistin İstanbulda müəmmalı ölümü ilə bağlı prokurorluğun qərarını gözlədiyini deyir.
Adı çəkilməyən Türkiyədəki mənbələr bundan əvvəl Reuters və New York Times-a bildiriblər ki, jurnalist Jamal Khashoggi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.
Erdogan oktyabrın 7-də bildirib ki, hakimiyyət hazırda bütün kameraların qeydə aldığı görüntüləri və hava limanlarına bütün giriş-çıxışları yoxlayır.
Erdoganın köməkçisi Yasin Aktay bundan əvvəl Reuters-ə bildirib ki, hakimiyyət bu işdə Səudiyyə Ərəbistanından olan 15 nəfərin əlinin olduğunu hesab edir.
Adının çəkilməsini istəməyən digər məmursa deyib ki, Khashoggi çox güman ki, Səudiyyə vətəndaşlarından ibarət göndərilmiş xüsusi qrup tərəfindən öldürülüb.
Keçmiş qəzet redaktoru olan Khashoggi ötən il demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərli düşünnənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.
Məlumata görə, jurnalist sənəd almaq üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. Həmin sənəd ona evlənmək üçün lazım imiş.
Onu binayadək müşaiyət edən və bayırda gözlyən nişanlısı jurnalistlərə bildirib ki, Khashoggi bundan sonra yoxa çıxıb.
Konsulluğun adı çəkilməyən əməkdaşı ittihamın “əsassız” olduğunu bildirib.
Türkiyənin xarici işlər nazirliyi Səudiyyə Ərəbistanının səfirini çağıraraq məsələyə aydınlıq gətirilməsini istəyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlər elə də yaxşı deyil.
Mənbə:> Virtualaz.org