Səudiyyə Ərəbistanına raket zərbəsi: ölənlər var
Yəməndən Səudiyyə Ərəbistanının Cazan şəhərinə rakert zərbəsi endirilib. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi raket zərbəsi nəticəsində 2 nəfərin öldüyünü, 1 azyaşlının isə yaralandığını bildirir. Baş vermiş hücumun məsliyyətini heç kim öz üzərinə götürməyib.
Yəməndəki üsyançı Husi qruplaşmasının sözçüsü Məhəmməd Abdussəlam sosil şəbəkə saytı facebook səhifəsində, Səudiyyə Ərəbistanı ilə sərhəd zolağındakı şəhərlər və bölgələrdə atəşkəsin davam etməsi üçün razılığa gəldiklərini bildirib. Abdussəlam əlavə məlumat yazmayıb.
Ötən gün koalisiya qüvvələrinin, Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddindəki Ər-Rubua bölgəsindəki nəzarət buraxılış məntəqəsində hücum cəhdinin qarşısını alarkən 100 silahlını məhv etdiyi bildirilmişdi.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ötən axşam paytaxt Riyadda Husilərdən ibarət bir heyətlə görüşdüyünü və Yəmən münaqişəsi ətrafında müzakirələr aparılıdığını demişdi.
Mənbə:> ANSPRESS