İran Səudiyyə Ərəbistanına etirazını bildirdi
İran XİN-i Səudiyyə Ərəbistanının Tehrandakı müvəkkilini çağırıb və ona şiə xətibi Nimr ən-Nimrin edam olunması ilə bağlı etirazını bildirib, “Əl- Mayadin” telekanalı xəbər verir.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi terrorizmə və ona təhrikə görə məhkum edilmiş 47 nəfərin edam edilməsi haqqında bəyanat verib.
Nazirliyin bəyanatında şiə xətibi Nimr ən-Nimrin də edam edildiyi bildirilir.
Əvvəllər xəbər verilmişdi ki, Səudiyyə Ərəbistanı şiələri xətibin hökumət tərəfindən edam edilməsinə etiraz edirlər.
Mənbə:> Oxu.Az