Səudiyyə Ərəbistanında 47 terrorçu edam edildi
Bu gün Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər haqqında ölüm hökmü icra edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.
Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.
Mənbə:> Oxu.Az