Üç azyaşlı səudiyəli gəncin başı kəsiləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Üç azyaşlı səudiyəli gəncin başı kəsiləcək

Üç azyaşlı səudiyəli gəncin başı kəsiləcək


Sədiyyə Ərəbistanında üç gənc etiraz aksiyasında iştirak etdiklərinə görə edam ediləcəklər.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyətin etirazına baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti cəzanı yumşaltmaq niyyətində deyil.

Reprieve insan hüquqlarının müdafisəi qrupunun fəalları bildiriblər ki, ölüm cəzasına məhkum edilənlərədn ən gənci 15 yaşlı Abdulla əl-Zahir, şiələrə daha çox səlahiyyət verilməsi üçün nümayişlərə çağırışlarda iştirak etdiyi üçün edam olunacaq.

Abdullanın valideynləri oğullarını xilas etmək üçün ictimaiyyətə müraciət ediblər.

Onun atası Həsən əl-Zahri oğlunun əfv olunmasına yalvarır.

Reprieve nümayəndəsi hesab edir ki, 2012-ci ildə həbs edilən Abdulla polislər tərəfindən işgəncəyə məruz qalıb.

Məhkumun ailəsi və vəkillər bildiriblər ki, ona etiraz aksiyalarında iştirak etdiyi barədə etirafı məcburən yazdırıblar. Abdulla hətta etirafın məzmununu belə bilmirdi.

Sonradan bu sənəd qapalı məhkəmə prosesində əsas sübut kimi istifadə olunub.

Səudiyyə Ərəbistanının hökümət KİV-lərinin məlumatına görə, kütləvi edama 52 məhbus hazırlanır. Onların arasında Əli əl-Nimr və onun dayısı şeyx Nimr, həmçinin də Abdulla da var.

Repriev əmindir ki, üç azyaşlı məhbus (üçüncü 17 yaşlı Daud əl-Marundur) hər vaxt edam oluna bilinərlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hal-hazırda BMT-də İnsan Hüquqları Şurasına sədrlik edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *