Səudiyyə Ərəbistanı kralı ölüm ayağındadır
Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz əl-Səud oktyabrın 11-də kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, kral Ər-Riyaddakı Kral Xəstəxanasının İntensiv terapiya şöbəsinə yerləşdirilib. Lakin 80 yaşlı Salmanın ABŞ-a xəstəxanaya aparılacağı istisna edilmir.
Səudiyyə Ərəbistanının kralı Alsqeymer xəstəliyindən əziyyət çəkir.
O artıq bir neçə aydır ki ictimaiyyət qarşısına çıxmır, kral yaxın olan insanları tanımamağa başlayıb.
Mənbə:> Oxu.Az