“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hadisə

“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı

“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda bir həftə əvvəl yoxa çıxan jurnalist Camal Kasıkçının kral ailəsinin qərarı ilə diplomatik nümayəndəlikdə öldürüldüyü, cəsədinin doğranıldığı açıqlanıb. Virtualaz.org xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən Türkiyə səlahiyyətli rəsmiləri “The New York Times” qəzetinə danışıblar.

Camal Kaşıkçı Səudiyyə Ərəbistanında saray çevrilişi tanınan proseslərdə vəliəhd şahzadə Muhammed bin Salmanın həbs etdirdiyi hakim ailə üzvlərinin adamı sayılırdı. O, İŞİD-ə açıq simpatiyası ilə tanınıb, “Müsəlman qardaşlığı” ideologiyasına sadiq olub, Yaxın Şərq ölkələrində siyasi islama söykənən rejimlərin qurulmasının tərəfdarı idi. Onun AKP ilə də yaxınlığı olub.

“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı


Xəbər verildiyi kimi Camal Kaşıkçı evlənmək üçün ona lazım olan hansısa sənədi almaq üçün ölkəsinin İstanbuldakı konsulluğuna müraciət edib. O, sənəd bəhanəsi ilə içəri buraxılıb və daha sonra konsulluğu tərk etməyib, yoxa çıxıb.

Baş verənlərin ardıcıllığından belə məlum olur ki, Kaşıkçı sənəd almaq üçün konsulluğa əvvəlcədən müraciət edib. Ona oktyabrın 2-də səhər saatlarında konsulluqda olmaq barədə cavab verilib. Və jurnalistin konsulluğa girişindən əvvəl Səudiyyə Ərəbistanından cəlladlar və xüsusi xidmət əməkdaşları İstanbula gəliblər.

“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı


Adının açıqlanmasını istəməyən türkiyəli yüksək vəzifəli rəsmi deyib ki, Camal Kaşıkçı konsulluqda saxlanıldıqdan bir neçə saat əvvəl onu öldürmək üçün Səudiyyə Ərəbistanından çarter reysi ilə təcili iki heyət göndərilib. Heyətlərdən biri məxsusi olaraq jurnalisti öldürmək üçün elektrik mişarı gətirib. Həmin mənbə konsulluqda yaşananların məşhur rejissor Quentin Tarantinonun çəkdiyi dəhşət filmlərini xatırlatdığını deyib.

Mənbə deyib ki, Kaşıkçı konsulluğa daxil olduğu gün Səudiyyə Ərəbistanından gələn təyyarələrdə bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və cəlladlar –cəmi 15 nəfər olub. Həmin 15 nəfər gəldikləri gün bir neçə saat sonra Türkiyəni tərk ediblər. Qrupda yer alanlardan biri pataloji anatomiya mütəxəssisi-yəni insan cəsədini yarıb hissələrə ayırmaq üzrə mütəxəssis olub. “Həmin şəxs çox güman ki, jurnalistin cəsədini hissələrə ayırmaq üçün orada idi”-mənbə deyib.

“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı


Türkiyə KİV-ləri xəbər verir ki, oktyabrın 2-də-Kaşıkçının yoxa çıxdığı gün Ər-Riyaddan qalxan HZ SK1 və HZ SK2 bort nömrəli iki “Gulfstream IV” tipli təyyarə İstanbulun Atatürk Hava Limanına enib. Həmin təyyarədəkilərin hamısının diplomatik pasportları olub. Səhər saat 05.05-də onlar İstanbul Leventdəki “Movenpick” otelində yerləşiblər. Saat 09.40 , 09.55 və 10.50-də səudiyyəlilər oteldən üç ayrı qrup halında çıxıblar.

“Gulftream”la gələn cəllad konsulluqda jurnalisti mişarla doğradı


Saat 12.14-də Səudiyyə Ərəbistanı konsulluğunun qarşısında hərəkətlilik yaşanır, qara plyonkalı, diplomatik nömrə nişanlı avtomobillər içəri daxil olur. Saat 13.04-də Camal Kaşıkçı konsulluğa gəlir və içəri girir. 15.08-də konsulluğun iki avtomobili binanın həyətindən sürətlə çıxaraq uzaqlaşır. 15.11-də isə “Mercedes Vito” markalı, diplomatik nömrə nişanlı miniven konsulluğa daxil olur. Avtomobil qapalı qaraja girir. Axşam saat 19.57 və 20.11-də konsulluqdan iki qrup ayrılır və onlar Atatürk Hava Limanına hərəkət edirlər, gəldikləri təyyarələrlə geri qayıdırlar.

Ehtimal edilir ki, Kaşıkçının cəsədi doğranıldıqdan sonra mikroavtobusla konsulluqdan çıxarılıb və Səudiyyə Ərəbistanına aparılıb. Cəsəd parçalarının diplomatik yük adı altında qeydiyyatdan keçirildiyi və bu üzdən yoxlanılmadan buraxıldığı təxmin edilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *