Səudiyyəlilər daha jurnalistləri öldürməyəcəklərinə söz verdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Səudiyyəlilər daha jurnalistləri öldürməyəcəklərinə söz verdilər

Səudiyyəlilər daha jurnalistləri öldürməyəcəklərinə söz verdilər

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Cübeyr jurnalist Camal Xaşoginin ölümü ilə bağlı yeni açıqlama verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə XİN rəhbəri İndoneziyada mətbuat konfransında çıxışı zamanı deyib.

“Bir daha əsla belə bir şey baş verməyəcək. Camal Xaşoginin istintaqı baş verənlərə dair həqiqətləri ortaya çıxaracaq”, - nazir bildirib.

Xatırladaq ki, Camal Xaşogi Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

C.Xaşogi oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna getmiş və həmin vaxtdan itkin düşmüşdü. Bundan 18 gün sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu konsulluqda yaranan mübahisənin jurnalistin ölümünə səbəb olduğunu bildirmişdi.

Ər-Riyadın açıqlaması bir çox dövlətlərin liderlərini qane etməyib və artıq Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunması barədə çağırışlar səslənməkdədir.

Onu da qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında cinayət işi ilə bağlı 18 nəfər saxlanılıb.

Təhqiqat davam edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *