Camal Xaşoginin parçalanmış cəsədi tapıldı, üzü tanınmaz haldadır TƏCİLİ
Bu dəqiqələrdə Böyük Britaniyanın “Sky News” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən müxalif jurnalist, “The Washington Post” qəzetinin yazarı Camal Xaşoginin parçalanmış cəsədinin tapıldığı haqda məlumat yayıb.
Virtualaz.org xəbər verir ki, məlumata əsasən cəsəd parçalanmış halda baş konsulun iqamətgahının bağçasında aşkarlanıb. Telekanala məlumat verən mənbələr cəsədin parçalara ayrıldığını, başının kəsildiyini və Xaşoginin üzünün tanınmaz halda olduğunu bildiriblər.
Bundan əvvəl Xaşoginin cəsədinin konsulluğun ərazisində, quyuda aşkar edildiyi haqda türkiyəli siyasətçi Doğu Perinçek kəşfiyyatdakı mənbələrinə əsasən bildirmişdi. Hələlik Türkiyə rəsmiləri cəsədin tapılması barədə məlumatlara şərh vermirlər.
Mənbə:> Virtualaz.org