Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var » AzNews.info -Xəbər portalı

Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var

Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var

Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar, 63,567 mln. dollar və 9,023 mln. dollar təşkil edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *