Ermənistanın dövlət borcu nə qədərdir?
Ermənistanın dövlət borcu 5 milyard ABŞ dollarını keçib.
AzərTAc xəbər verir ki, 2015-ci ilin sonuna ölkənin dövlət borcu 5,071 milyard dollar olub.
Bunun 4,3 milyard dolları xarici, 461 milyonu isə daxili dövlət borcudur.
Bildirilir ki, Ermənistanın dövlət borcu ötən ilin sonuna olan məlumata görə, ümumi daxili məhsulun yarısından çoxdur. Ümumi daxili məhsulun həcminin dəqiq məbləği iki aydan sonra müəyyən olacaq. Ona görə də dövlət borcunun ümumi daxili məhsulun 60 faizindən çox olacağı istisna edilmir.
Mənbə:> AzərTAc