Ən çox borcu olan ölkələr » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ən çox borcu olan ölkələr – SİYAHI

Ən çox borcu olan ölkələr


Beynəlxalq Valyuta Fondu (BVF) ÜDM faizi ilə ən çox borcu olan ölkələrin iyirmiliyini müəyyən edib.

Oxu.Az UNN-a istinadən xəbər verir ki, müvafiq məlumat World Economic Forum-da açıqlanıb.

Beləliklə, Yaponiya dünyada ən çox borcu olan ölkələrin siyahısında lider oldu. 1990-cı illərin əvvəllərindən Yaponiya fasiləsiz olaraq staqnasiya keçirib. İndi Yaponiya hakimiyyəti borcların ödənilməsi üçün ölkənin vergi gəlirinin demək olar ki, yarısını xərcləyir. Buna baxmayaraq 10 illik yapon istiqrazları üzrə gəlir hamını təəccübləndirəcək dərəcədə az - cəmi 1% olaraq qalır.

Böhrandan əziyyət çəkən Yunanıstan siyahıda ikinci yerdədir. Ölkənin böyük məbləğdə borcu var. 2015-ci ilin iyul ayında BVF Yunanıstanın borcunu “qeyri-sabit” adlandırdığı məruzə dərc edib.

İlk onluğa Yaponiya və Yunanıstandan başqa İtaliya, Yamayka, Livan, Eritreya, Portuqaliya, Kabo-Verde, Butan və İrlandiya düşüb.

Top-20-də Belçika, ABŞ, İspaniya və Fransa da yer alıb.

Ukrayna reytinqə düşməyib. Ukraynanın ÜDM-yə nisbətən dövlət borcu 96%-dir. May ayının 1-nə olan məlumata görə, Ukraynanın dövlət və dövlət zəmanətli borcu 42,9 milyard dollardan ibarət olub.

Ən çox borcu olan ölkələr

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *