Gürcüstanın Azərbaycana 12 milyon dollara yaxın borcu var
İlin əvvəlindən Gürcüstanın xarici borcu 173 milyona qədər enərək 4,03 milyard dollardan ibarət olub. Beynəlxalq maliyyə institutlarının meyarlarına müvafiq olaraq bu məbləğdə borc Gürcüstan kimi dövlətin iqtisadiyyatı üçün yaxşı göstəricidir.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, borcun ümumi məbləğinin 3,998 milyard dolları Gürcüstan hökumətinin payına, qalanı isə dövlətin zəmanəti altına alınmış özəl və dövlət şirkətlərinin payına düşür.
Gürcüstanın 17 ikitərəfli kreditor ölkəyə ümumilikdə 709,6 milyon dollar borcu var.
Kreditor ölkələr sırasına Azərbaycan da daxildir. Gürcüstanın Azərbaycana 11 milyon 988 min dollar borcu var.
Mənbə:> Oxu.Az