Gürcüstanın Azərbaycana 8,5 milyon dollar borcu var
Gürcüstanın Maliyyə Nazirliyi ölkənin cari ilin aprelin 30-na olan xarici dövlət borcunu açıqlayıb.
Gürcüstanın Azərbaycana olan xarici borcu mart ayı ilə müqayisədə dəyişməz qalaraq 8,495 mln. dollar təşkil edir.
Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 244,212 mln. dollardır. Bu məbləğin 5 mlrd. 157,928 mln. dolları hökumətin payına düşür.
Gürcüstanın ən çox borclu olduğu ölkələr Almaniya (292,774 mln. dollar), Yaponiya (216,229 mln. dollar) və Fransadır (212,357 mln. dollar).
Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu mart ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edib.
Mənbə:> Virtualaz.org