Hər bir azərbaycanlının xaricə olan borcu açıqlandı
Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub.
Adambaşına düşən xarici dövlət borcu 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə hökumətin illik hesabatında məlumat verilib.
2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3%-ə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4%-ə bərabər olub.
Hesabata əsasən, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. ABŞ dolları (10,751.0 mln. manat), xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti 19,8% təşkil edib.
Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Nəticədə adambaşına xarici dövlət borcu 737,2 dollar səviyyəsində olub.
Mənbə:> Report.az