Azərbaycanda borc strategiyasının hazırlanması təklif edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda borc strategiyasının hazırlanması təklif edilir

Azərbaycanda borc strategiyasının hazırlanması təklif edilir

Azərbaycan Hesablama Palatası borca xidmət göstərilməsi və geri ödənilməsi üzrə gələcək xərclərin dayanıqlı olmasını təmin edən borc strategiyasının hazırlanmasını təklif edir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

“Hesablama Palatası tərəfindən aparılan təhlillər zamanı bir sıra təşkilatlar üzrə dövlət zəmanəti ilə verilmiş kreditlərin ödənişi ilə bağlı müəyyən problemlər müşahidə olunur ki, bu da nəticə etibarilə həmin kreditlərin dövlət büdcəsi vəsaiti hesabına qaytarılması ilə nəticələnə bilər. Hesablama Palatası dövlət borcu portfelinin əhəmiyyətli dərəcədə artımını nəzərə alaraq borc məqsədlərini qiymətləndirməyə imkan verən, tərkib risklərini özündə birləşdirən və borca xidmət göstərilməsi və geri ödənilməsi üzrə gələcək xərclərin dayanıqlı olmasını təmin edən borc strategiyasının hazırlanmasını məqsədəuyğun hesab edir”, - deyə Palatadan bildirilib.

Qeyd olunur ki, 2015-ci il ərzində dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə (daxili borc) borcun (dövlət zəmanəti üzrə) məbləği 5 641,5 mln. manat, faktiki istifadə isə 3 682,9 mln. manat təşkil edib.

Daxili dövlət borclanmasının əsas səbəbi kimi daxili dövlət borcu sayılan şərti öhdəliklərin nəzərəçarpacaq dərəcədə - 3 101,5 mln. manat həcmində artaraq 3 913,0 mln. manat təşkil etməsi olub.

Şərti öhdəliklərin məbləğini isə əsasən Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin bağlanması məqsədilə “Aqrarkredit” QSC tərəfindən emissiya edilən dövlət zəmanətli istiqrazlar və bir sıra təşkilatlara dövlət zəmanətilə Mərkəzi Bankdan alınmış kreditlər təşkil edir.

Cari ilin əvvəlinə 4 639,2 mln. manat məbləğində daxili dövlət borcunun bölgüsünə əsasən, dövlət istiqrazları 122,7 mln. manat, Mərkəzi Bankda yerləşdirilmiş qiymətli kağızlar 334,1 mln. manat, dövlət büdcəsindən xidmət edilən kreditlər 269,4 mln. manat, daxili dövlət borcu sayılan şərti öhdəliklər 3 913,0 mln. manat təşkil edib.

“Ötən il Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının emissiyası həyata keçirilməyib. Yerləşdirmənin həyata keçirilməməsinin səbəbini fond bazarının investorlar şəbəkəsinin məhdudluğu və geniş çeşidli bazar şərtləri çərçivəsində effektiv fəaliyyət göstərə bilən çevik təkrar bazarın inkişafının təşviqinin zəif olması ilə əlaqələndirmək olar. Əvvəlki illərin borc öhdəlikləri də nəzərə alınmaqla 2015-ci ildə istiqrazlar üzrə ödənilmiş (geri qaytarılmış) məbləğ 77,582 mln. manat təşkil edib. Nəticə etibarilə dövlət istiqrazları üzrə yaranmış borc məbləği 2014-cü ilə nisbətən 88,7 mln. manat (faizlərlə birlikdə) azalaraq 122,7 mln. manat olub”, - deyə sənəddə qeyd olunub.

Bu il yanvarın 1-nə AMB-nin əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının bərpası məqsədilə buraxılmış veksellər üzrə ümumi borc 255,4 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə “Aqrarkredit” QSC-yə dövlət zəmanəti ilə verilmiş 2,5 mlrd. manat borcun hamısı tam istifadə olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *