Beynəlxalq Bankın kredit və debütor borcu açıqlandı
Bankın auditini “Delloite” şirkəti keçirib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) audit hesabatı açıqlanıb. Hesabat bankın mövcud maliyyə vəziyyətini və sağlamlaşdırma tədbirlərinin bir hissəsini özündə əks etdirib.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, auditi “Delloite” şirkəti keçirib.
Beynəlxalq Bankın kredit və debütor borclarının 31 dekabr 2015-ci ilə olan ümumi məbləği 6 milyon 557 min 376 manat olub.
2014-cü ilin analoji dövründə isə bu rəqəm 8 milyon 704 min 795 manat təşkil edib. 31 dekabr 2015-ci il tarixinə beynəlxalq maliyyə institutlarından 2 milyon 262 min 979 manat məbləğində kredit və əlaqəli kredit vermənin uçotda ilkin tanınması ilə bağlı gəlir və ya zərərin yarana biləcəyini də nəzərdən keçirib.
Hesabat ilində Qrup bir müştəridən – neft sənayesində fəaliyyət göstərən dövlət təşkilatlarından cəmi 1930, 128 min manat və digər bir dövlət orqanından 183 min 800 manat məbləğində ümumi müştəri hesablarının 30%-ni təşkil edib. Bu bank üçün əhəmiyyətli müştəri hesabıdır.
21 yanvar 2016 və 22 fevral 2016-cı il tarixlərində “Aqrarkredit” QSC Bankın birinci və ikinci mərhələlər üzrə debütor borclarının müvafiq olaraq, 500 min manat və 490 min məbləğində hissəsini geri ödəyib.
Həmçinin 30 oktyabr 2016-cı il qərarı ilə “ABB Moskva”nın səhmdar kapitalı 30 milyon ABŞ dollarına çatdırılıb.
Həmçinin bankın səhmdarları 2016-cı il ərzində ABB-nin səhmdar kapitalını 500 min manat həcmində artırmağı planlaşdırır.
Mənbə:> Oxu.az