20 min silahlı miqrant Avropaya hücuma hazırlaşır
Bıçaqla silahlanmış 20 mindən artıq miqrant Bosniya-Herseqovinanın Xorvatiya ilə sərhədində toplanaraq Mərkəzi Avropaya keçməyə hazırlaşır. Virtualaz.org Avstriyada dərc olunan “Kronen Zeitung” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.
Qurumdan əlavə olunub ki, baş verənlərlə əlaqədar Xorvatiya sərhədin mühafizəsini gücləndirib.
Bildirildiyinə görə, miqrantların 95%-i kişilərdir və onların əksəriyyəti bıçaqla silahlanıb. Gəlmələrin çoxu Pakistan, İran, Əlcəzair və Mərakeş vətəndaşlarıdır. Aralarında suriyalılar yoxdur. Onların məqsədi Almaniyaya və Skandinaviya ölkələrinə getməkdir.
Mənbə:> Virtualaz.org