“Gecə canavarları” Avropaya yürüşə başlayıblar
Rusiyda “gecə canavarları” klubunun baykerləri Avropaya motoyürüşə başlayıblar.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Putinin tərəfdarları olan qrup üzvlərinin bu səfəri ikinci dünya müharibəsi nəticəsində əldə olunan qələbənin 70-ci ildönümünə həsr olunub.
Baykerlər 9 may qələbə gününü Almaniyanın paytaxtı Berlində qeyd etməyə hazırlaşır. Motoyürüşün marşrutu isə Minsk, Brest, Brno, Bratislava, Vyana və Münhen şəhərlərindən keçir.
Lakin yürüşün baş tutub-tutmayacağı şübhə altındadır. Belə ki, Polşa rəhbərliyi “gecə canavarları”na Avropaya daxil olmaq üçün viza verməyəcəyini açıqlayıb. Baykerlər isə, belə olan halda, avtokarvan şəklində deyil, tək-tək, müxtəlif nöqtələrdən Avropaya girməyə çalışacaqlarını bildiriblər.
Avropalı rəsmilər motoyürüşü təxribat adlandırıblar. Hətta, bəzləri bu yürüşü Rusiyanın Avropaya təcavüzü hesab edib. Rusiya hökuməti Polşanın yürüşə əngəl olmaq niyyətini siyasi motivli addım adlandırıb.
Mənbə:> ANSPRESS